Bələdiyyə sədri: “Fəaliyyətimizi genişləndirmək, yerli məsələlərin həllində bələdiyyənin fəaliyyətini daha da gücləndirmək üçün bundan sonra da bütün qüvvələri səfərbər edəcəyik”
“2023-cü ilin birinci yarımilliyində Bərdə bələdiyyəsinin büdcə gəlirləri 79.192 manat olub”- bu barədə Belediyye.infoya məlumatı adımçəkilən bələdiyyənin sədri Ruslan Əhmədov bildirib.
Məlumatda bildirilir ki, fiziki şəxslərdən əmlak vergisindən 9.281 manat, fiziki şəxslərdən torpaq vergisindən 1.637 manat, icarəyə verilmiş torpaqlardan icarə haqqından 14.971 manat, mədən vergisindən 1.500 manat və torpaq satışından 51.802 vəsait toplanıb.
Sədrin sözlərinə görə, Bərdə bələdiyyəsi fəaliyyətini genişləndirmək, yerli məsələlərin həllində bələdiyyənin fəaliyyətini daha da gücləndirmək üçün bundan sonra da bütün qüvvələri səfərbər edəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy